\
2 Oktyabr 2024 - Çərşənbə

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi insan alverinin qarşısının alınması ilə bağlı videoçarx hazırlayıb - VİDEO

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi insan alverinin qarşısının alınması ilə bağlı videoçarx hazırlayıb - VİDEO
1710baxış

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi insan alverinin qarşısının alınması üçün mütəmadi olaraq maarifləndirmə kampaniyaları həyata keçirir.

Komitədən Mediapress.az-a verilən məlumata görə, bu tədbirlərin davamı olaraq “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın 4.2.1. və 4.2.3. bəndlərini rəhbər tutaraq insan alveri ilə mübarizə məqsədilə sosial videoçarx hazırlayıb.

Hazırlanan materialı diqqətinizə təqdim edir və hər kəsi insan ləyaqətini alçaldan bu bəlaya qarşı mübarizəyə qoşulmağa, insan alveri qurbanlarına dəstək olmağa çağırırıq.

#Biganəqalma #İnsanAlverinəQarşıMübarizəyəQoşul