\
2 Oktyabr 2024 - Çərşənbə

Gürcüstanda koronavirusa 723 yeni yoluxma qeydə alınıb, 19 nəfər ölüb

Gürcüstanda koronavirusa 723 yeni yoluxma qeydə alınıb, 19 nəfər ölüb
1622baxış

Gürcüstanda son sutkada daha 723 nəfərə koronavirus diaqnozu qoyulub, 932 nəfər sağalıb, 19 pasiyent isə vəfat edib.

Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 256 287 yoluxma halı təsdiqlənib. Yoluxanların 246 459-u sağalıb, 3 127-si isə dünyasını dəyişib.

Karantin zonalarında 538, stasionar nəzarətdə 2 770 nəfər saxlanılır. 346 nəfər xüsusi otellərdə müalicə olunur.