\
16 Yanvar 2025 - Cümə axşamı

Ərdoğan Türkiyə qoşunlarının Azərbaycandakı fəaliyyətini müzakirə edəcək

Ərdoğan Türkiyə qoşunlarının Azərbaycandakı fəaliyyətini müzakirə edəcək
1608baxış

Türkiyə Milli Təhlükəsizlik Şurasının ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə bu gün keçiriləcək iclasında Türkiyə ordusunun Azərbaycandakı fəaliyyəti müzakirə olunacaq.

Virtualaz.org bildirir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayır.

Eyni zamanda, Türkiyə ordusunun terror təşkilatlarına qarşı əməliyyatları, digər regional və milli təhlükəsizlik məsələlərinin də müzakirə ediləcəyi gözlənilir.