\
2 Oktyabr 2024 - Çərşənbə

Eldar Əzizov Badamdarda sürüşmə baş verən ərazidə olub

Eldar Əzizov Badamdarda sürüşmə baş verən ərazidə olub
1559baxış

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Badamdardakı sürüşmə ərazisinə gedib.

Mediapress.az bildirir ki, o, əraziyə baxış keçirib, vəziyyətlə tanış olub.

E.Əzizov deyib ki, Bakı Şəhəri İcra hakimiyyəti və Səbail Rayon İcra Hakimiyyəti Fövqəladə Hallar Nazirliyinin nümayəndələri ilə birlikdə araşdırmalar aparmalı, hadisənin nəticələrinin aradan qaldırılması üçün tədbirlər planı hazırlanmalıdır: “Tədbirlər planı çərçivəsində görüləcək işlərlə bağlı məsələlər müəyyən ediləcək".

Xatırladaq ki, dünən axşam saatlarında Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə adlanan ərazidə avtomobil yolunda torpaq sürüşməsi baş verib.