Qarabağda daha 8 erməni hərbçisinin qalıqları tapıldı
1568
Qarabağda aparılan axtarışlar zamanı daha 8 erməni hərbçisinin cəsədinin qalıqları tapılıb.
Mediapress.az bildirir ki, bunu “Sputnik Armeniya”ya Ermənistan Fövqəladə Hallar Nazirliyindən deyiblər.
Qeyd olunub ki, qalıqlar Cəbrayıl rayonu ərazisində aşkarlanıb. Onların şəxsiyyətini müəyyənləşdirmək üçün məhkəmə-tibbi ekspertizası aparılacaq.
Axtarış işləri Xocavənd, Hadrut və Cəbrayıl ərazisində bu gün də davam etdiriləcək.
Məlumatda o da bildirilib ki, yanvarın 28-dək döyüş bölgəsindən 1329 erməni hərbçisinin qalıqları aşkarlanıb.