\
2 Oktyabr 2024 - Çərşənbə

Avropa İttifaqı Britaniyanı vaksinsiz qoya bilər

Avropa İttifaqı Britaniyanı vaksinsiz qoya bilər
1589baxış

“AstraZeneka” preparatını istehsal edən Britaniya-İsveç əczaçılıq müəssisəsi Avropa Komissiyasından koronavirus əleyhinə vaksinlərə sifariş alsa da, onları artıq vaxtında çatdıra bilməyəcəyini bildirib.

Mediapress.az yerli KİV-ə istinadən bildirir ki, bu, şirkətdən dərhal öhdəliklərinin yerinə yetirməsini tələb edən müştərilərin qəzəbinə səbəb olub.

“AstraZeneka” firması isə öz növbəsində müqavilənin yerinə yetirilməsi üçün “maksimum səy göstərəcəyini” bildirsə də, tədarükün vaxtında yerinə yetirilməsinə dair heç bir vəd verməyib.

Hazırda Brüssel gizli şəkildə Böyük Britaniya üçün təyin olunan dozaların Avropa İttifaqına yönəldilməsini tələb edir. Qeyd edək ki, şirkətin iki fabriki Britaniya adalarında, digər iki fabrik isə istehsal prosesində qəzanın baş verdiyi ehtimal olunan Avropada yerləşir.