\
2 Oktyabr 2024 - Çərşənbə

Ağstafanın sabiq icra başçısı və müavininin məhkəməsi başladı

Ağstafanın sabiq icra başçısı və müavininin məhkəməsi başladı
1598baxış

u gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılan, Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev və onun birinci müavini Ramiz Tatarovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Mediapress.az-ın məlumatına görə, hakim Məhəmməd Bağırovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. İş üzə məhkəmənin baxış iclası fevralın 12-ə təyin edilib.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə), 311.3-cü (rüşvət alma - külli miqdarda törədildikdə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham ittiham irəli sürülüb.