Yevlaxın sabiq icra başçısının məhkəməsi başladı
1636
Şəki Ağır Cinayətlər Məhkəməsində Yevlax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Mediapress.az-ın bildirir ki, hakim Rəşid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı fevralın 10-a təyin edilib.
Xatırladaq ki, Yevlax Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Qoca Səmədov ötən ilin sonunda həbs olunub. O, Azərbaycan Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə), 311.3-cü (külli miqdarda rüşvət alma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.