\
2 Oktyabr 2024 - Çərşənbə

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin mühafizəsini Azərbaycan Ordusu həyata keçirəcək

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin mühafizəsini Azərbaycan Ordusu həyata keçirəcək
1533baxış

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzin mühafizəsi Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən həyata keçiriləcək.

Mediapress.az xəbər verir ki, Mərkəz işğaldan azad edilən Ağdam rayonunun ərazisində inşa edilib.

Mərkəzin əsas məqsədi üçtərəfli bəyanatın bəndlərinin və əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə nəzarət etməkdir.

Qeyd edək ki, bu gün Azərbaycanın işğaldan azad olunmuş Ağdam rayonunda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılışı olub. Açılış mərasimində Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Rusiya müdafiə nazirinin müavini, general-polkovnik Aleksandr Fomin, Türkiyə Milli Müdafiə nazirinin müavini Yunus Emre Karaosmanoğlu iştirak edib.