\
2 Oktyabr 2024 - Çərşənbə

İtaliya bu 2 ölkəyə silah ixracatını dayandırdı

İtaliya bu 2 ölkəyə silah ixracatını dayandırdı
1579baxış

İtaliya Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) silah ixracatını dayandırıb.

Bu barədə ölkənin Baş naziri Luici Di Mayo məlumat verib. Qeyd edib ki, iki körfəz ölkəsi ilə silah ixracı müqavilələri ləğv olunub.

“Bu gündən etibarən Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə raket və bomba ixracı üçün davam edən lisenziyalar ləğv edildi”, - Baş nazir bildirib.

Di Mayo insan hüquqlarına hörmət etməyin məcbur olduğunu, hər iki ölkəyə satılan silahların Yəməndəki vətəndaş müharibəsində istifadə edildiyini vurğulayıb.