\
2 Oktyabr 2024 - Çərşənbə

Gömrük komitəsinin 3 əməkdaşına general-mayor rütbəsi verildi

Gömrük komitəsinin 3 əməkdaşına general-mayor rütbəsi verildi
1591baxış

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında" sərəncam imzalayıb.

Mediapress.az-ın xəbərinə görə, sərəncamla Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin aşağıdakı əməkdaşlarına gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilib.

Xəlilov Təmkin Həsən oğlu – Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi

Mehdiyev Telman Hüseynqulu oğlu – Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi

Novruzov Qulu Novruz oğlu – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Akademiyasının rəisi.