DİN Daxili Qoşunların zabiti xidmət etdiyi hərbi hissədə intihar edib
1516
Daxili İşlər Nazirliyinin Daxili Qoşunların zabiti xidmət etdiyi hərbi hissədə intihar edib.
DİN xüsusi təyinatlı dəstəsinin komandiri, 1989-cu il təvəllüdlü kapitan Məmmədov Alim Nazim oğlu noyabrın 30-da Quba rayonunda ürəyindən tapança ilə atəş açaraq özünü öldürüb.
Məlumata görə, A.Məmmədov evli olsa da, 10 ilə yaxındır ki, övladı olmurmuş. Yanvarın 28-də ilk övladı dünyaya gəlib.
A. Məmmədovun cənazəsi bu gün Qubadan Sumqayıta gətirilərək dəfn edilib.
Mediapress.az