\
2 Oktyabr 2024 - Çərşənbə

Parlamentin yaz sessiyası öz işinə başladı

Parlamentin yaz sessiyası öz işinə başladı
1451baxış

Milli Məclisin yaz sessiyasının ilk sessiyası spiker Sahibə Qafarovanın rəhbərliyi ilə öz işinə başlayıb. Dövlət himninin oxunmasından və deputatlar qeydiyyatdan keçdikdən sonra spiker giriş nitqi ilə çıxış etdi.

S.Qafarova bildirdi ki, bu gün biz bir daha qürurla söyləyirik ki, Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi ilə düşmənin ordusunu darmadağın edib. “Döyüş yolunda qazanılan zəfər diplomatik sahədə də davam edir. Dağlıq Qarabağ münaqişəsi tarixdə qaldı. Biz doğma Qarabağımıza qayıdırıq və tarixi torpaqlarımızda daim yaşayacağıq”, deyə sədr bildirdi. Spiker yaz sessiyasında müzakirə olunacaq məsələlər barədə məlumat verdi. S.Qafarova dedi ki, bu gündən Milli Məclisin saytı artıq istifadəyə verilib. (musavat)