\
2 Oktyabr 2024 - Çərşənbə

Ermənistanda koronavirusdan ölənlərin sayı 3 084-ə çatdı

Ermənistanda koronavirusdan ölənlərin sayı 3 084-ə çatdı
1475baxış

Ermənistanda son sutkada 62 nəfərin COVID-19-a yoluxduğu qeydə alınıb.

Bu məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 167 088-ya çatıb. Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 4 nəfər artaraq 3 084-ə yüksəlib. COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 769 nəfərdir. İndiyədək 157 800 pasiyent infeksiyadan sağalıb. Hazırda ölkədə 5 435 aktiv koronavirus xəstəsi var.