\
2 Oktyabr 2024 - Çərşənbə

“Instagram”da yeni funksiya

“Instagram”da yeni funksiya
1528baxış

“Instagram” sosial şəbəkəsi yeni funksiyası ilə istifadəçilərini sevindirib. Belə ki, bundan sonra silinən “Stories” paylaşımlarını bir sutka ərzində, digər paylaşımları isə bir ay ərzində bərpa etmək mümkün olacaq.

Virtualaz.org bildirir ki, yenilik barədə məlumat “Instagram”ın mətbuat xidməti tərəfindən yayılıb.

Məlumatda bildirilib ki, sözügedən funksiya ilə bərabər, şəbəkənin təhlükəsizliyi daha da artırılıb. Artıq bundan sonra hakerlərin şəxsi hesabları açması və məlumatları oğurlaması daha çətin olacaq.