\
2 Oktyabr 2024 - Çərşənbə

“Azərsu” sədrinin villaları, şəxsi limanı, kateri - VİDEO - FOTOLAR

“Azərsu” sədrinin villaları, şəxsi limanı, kateri - VİDEO - FOTOLAR
1761baxış

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun dəbdəbəli villası ilə bağlı məlumat yayılıb.

 
Dominant.az xəbər verir ki, bloger Mehman Hüseynovun yaydığı məlumata görə, villa Bakının Türkan qəsəbəsində yerləşir.
 
Xəzərin sahilində yerləşən villanın ərazisi 5 hektardır. Şəxsi çimərliyi olan malikanədə yaxtalar üçün liman, iri hovuz, xeyli sayda zeytun ağacları və futbol meydançası var.
 
Qorxmaz Hüseynovun Nərimanov rayonunda da belə bir villasının olduğu bildirilir. “Azərsu” sədri hər iki villasında Yaponiyadan gətirdiyi itləri saxlayır, hətta onları öyrətmək üçün müəllim də tutub.
 
 
Qeyd edək ki, bir müddət öncə jurnalist Samir Feyruzov da “Azərsu” ASC-nin rəhbəri Qorxmaz Hüseynovun villarından birinin fotolarını paylaşmışdı.
 
Jurnalist yazırdı: “Hər kəs soruşur ki, dövlət büdcəsi necə talanıb, hanı dövlətin pulları? “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun Nərimanovda yerləşən villalarından birinin iç görüntüləri… Villanın divarları qızıl suyuna çəkilib, Əfqanıstandan xüsusi mərmər gətirilib, Braziliyadan gətirilən müxtəlif materiallarından istifadə olunub. Bu adamın dövlətdən müxtəlif yollarla nə qədər pul oğurladığını bilmək üçün təkcə qaynı Namiq Cəbrayılovun rəhbəri olduğu “Hidro-İnşaat Servis” MMC-nin fəaliyyətini araşdırmaq bəs edir. Q.Hüseynov ən bahalı, milyonluq tenderləri qaynı N.Cəbrayılova verib”.