\
2 Oktyabr 2024 - Çərşənbə

Sükan arxasında yuxulayan sürücü qəza törətdi - Foto

Sükan arxasında yuxulayan sürücü qəza törətdi - Foto
1483baxış

Bakının Nəsimi rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

Mediapress.az-ın məlumatına görə, hadisə Ziya Bünyadov prospektinin Nəsimi rayonu ərazisinə düşən hissəsində baş verib.

Belə ki, 1990-cı il təvəllüdlü Allahverdiyev Elkin Famil oğlu idarə etdiyi “Mercedes” markalı avtomobildə qəfil sükana nəzarəti itirib. Avtomobil beton yol ayrıcına çırpılıb. Sürücü E.Allahverdiyev ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Nəsimi RPİ-dən verilən məlumata görə, hadisəyə səbəb sürücünün sükan arxasında yuxulaması olub.