\
2 Oktyabr 2024 - Çərşənbə

Tanınmış professor vəfat etdi - FOTO

Tanınmış professor vəfat etdi - FOTO
1717baxış

Mərhum jurnalist Natiq Qocamanın atası, fizika-riyaziyyat elmləri üzrə professor Vəli Qocayev vəfat edib.

 
Dominant.az xəbər verir ki, dünən vəfat edən professor bu gün dəfn olunub.
 
 
Qeyd edək ki, Vəli Qocayev 50 il Azərbaycan Memarlıq və İnşaat Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. Azərbaycan ali texniki məktəblərində fizika kursunun məzmunu, tədris metodikası və onun təkmilləşdirilməsi istiqamətləri üzrə bir sıra kitabların müəllifidir.
 
Xatırladaq ki, Vəli Qocayevin oğlu – tanınmış jurnalist, "Tərəqqi" medalı mükafatçısı Natiq Qocaman 2019-cu ilin fevral ayında 46 yaşında qəfil həyatını itirib. Bir neçə gün bundan öncə isə qızı - oftalmoloq Rəna Məmmədova 59 yaşında xərçəng xəstəliyindən vəfat edib.
 
Allah rəhmət eləsin!