\
2 Oktyabr 2024 - Çərşənbə

Türkiyə-Pakistan birgə hərbi təlimləri keçirilir

Türkiyə-Pakistan birgə hərbi təlimləri keçirilir
1589baxış

Türkiyə Milli Müdafiə Nazirliyi Pakistanda keçiriləcək “Atatürk təlimləri 2021”də iştirak etmək üçün türk hərbçilərinin bu ölkəyə yola düşdüyünü açıqlayıb.

“Anadolu” bildirir ki, bu barədə məlumat nazirliyin “Twitter” səhifəsində paylaşılıb.

Nazrilikdən verilən açıqlamada həmçinin, hərbi təlimlərin 4-20 fevral aralığında keçiriləcəyi və iki ölkənin silahlı qüvvələri arasında birgə fəaliyyətin inkişafı məqsədi daşıdığı qeyd olunub.

Məlumat üçün bildirək ki, Türkiyə-Pakistan xüsusi təyinatlı qüvvələrinin ortaq təlimləri 1988-ci ildən etibarən mütəmadi qaydada keçirilir. Təlimlər Türkiyədə təşkil olunduqda “Cinnah təlimləri”, Pakistanda keçirildikdə isə “Atatürk təlimləri” adlandırılır.

T.C. Millî Savunma Bakanlığı

@tcsavunma

Türkiye-Pakistan Ortak Komando ve Özel Kuvvetler Tatbikatı başlıyor. “Atatürk Tatbikatı 2021” adıyla Pakistan’da icra edilecek olan tatbikat için Mehmetçiklerimiz Ankara’dan yola çıktı. https://msb.gov.tr/SlaytHaber/422021-41047… #MSB #TSK