\
2 Oktyabr 2024 - Çərşənbə

Azərbaycanda 65 yaşdan yuxarı vətəndaşların vaksinasiyası

Azərbaycanda 65 yaşdan yuxarı vətəndaşların vaksinasiyası
1499baxış

Bu gündən vaksinasiya üçün 65 yaşdan yuxarı vətəndaşların qeydiyyatı başlayır.

Bu kateqoriyadan olan şəxslər randevu.its.gov.az saytı üzərindən və ya ərazi üzrə poliklinikanın qeydiyyat şöbəsi ilə telefon əlaqəsi saxlayıb öz məlumatlarını verərək qeydiyyatdan keçə bilərlər.

Saytdan qeydiyyatdan keçən hər bir vətəndaşa SMS məlumat göndəriləcək. Poliklinikaya müraciət zamanı isə həmin şəxslər qeydiyyatdan keçirilərək onlara məntəqəyə gəlməli olduğu gün və dəqiq vaxt bildiriləcək. Həmin şəxslərə  fevralın 8-dən başlayaraq peyvənd vurulacaq.

Ölkədə bu kateqoriyaya aid təqribən 700 000 vətəndaş var.

Qeyd edək ki, Azərbaycanda koronavirusa qarşı vaksinasiyaya yanvarın 18-dən başlanılıb. Fevralın 8-dən isə vaksinasiyanın ikinci mərhələsinə start veriləcək.

İkinci dozanın vurulma tarixi və digər zəruri məlumatlar vətəndaşlara tibb məntəqəsində təqdim edilən “Məlumat forması”nda öz əksini tapsa da, ikinci dozanın vurulma tarixi əlavə olaraq SMS vasitəsilə təkrar bildiriləcək.

Yalnız randevu.its.gov.az internet ünvanında öncədən qeydiyyatdan keçməklə vaksinasiya üçün müraciət etmək mümkündür və ikinci dozanın vurulması birinci dozanın vurulduğu məntəqədə həyata keçiriləcək.