\
2 Oktyabr 2024 - Çərşənbə

BNA sözçüsü avtoxuliqanlıq edən avtobus sürücü ilə bağlı məlumat yaydı - VİDEO

BNA sözçüsü avtoxuliqanlıq edən avtobus sürücü ilə bağlı məlumat yaydı - VİDEO
1551baxış

Mediapress.az-ın məlumatına görə, dünən gecə saatlarında Sumqayıtda baş verən avtobus qaçırılması ilə bağlı BNA-nin Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev açıqlama verib. 

"Məlum olduğu kimi 04.02.2021 tarixində axşam saatlarında Sumqayıt şəhərində sərnişin avtobusunun sürücünün avtoxuliqanlıq etməsinə dair fakt qeydə alınıb. Bəzi xəbər saytlarında və sosial şəbəkə hesablarında avtobusun Bakı Nəqliyyat Agentliyinə məxsus olması barədə həqiqətə uyğun olmayan informasiyalar yayılıb.
Məlumat üçün bildirik ki, avtoxuliqanlıq halı qeydə alınan nəqliyyat vasitəsi “Xaliq Faiqoğlu” MMC-yə aiddir. 10 TG 816 Dövlət Qeydiyyat Nişanlı avtobus 114 nömrəli müntəzən xətt üzrə istismardadır.
Hazırda fakt üzrə hərtərəfli araşdırma aparılır. Xətt üzrə daşıyıcı “Xaliq Faiqoğlu” MMC-nin məsul şəxsləri Agentliyə çağırılıb. Məsələ ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək".
 
Xatırladaq ki, Sumqayıtda avtobus sürücüsü, 1977-ci il təvəllüdlü Quluyev Ceyhun işıqforun qırmızı işığında keçib. O, polisin “Saxla” əmrinə tabe olmayıb və hərəkəti davam etdirib. Sumqayıt Dövlət Yol Polisi əməkdaşları şəhərin mərkəzi hissəsində sürət həddini aşaraq hərəkət edən və təhlükə törədən avtobusu maneə ilə saxlayıblar. Sürücü və konduktor Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə gətirilib.

Sürücünün nəqliyyat vasitəsini sərxoş idarə etdiyi bildirilir. Məlumata görə, Ceyhun Quluyev idarə etdiyi avtobusla yol polisinin avtomobilini də əzib. Hadisə zamanı avtobusda sərnişin olmayıb.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır.