\
2 Oktyabr 2024 - Çərşənbə

Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasına səfər edib

Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasına səfər edib
1493baxış

Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi Nazirliyin nümayəndə heyəti Rusiya Federasiyasına səfər edib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi xəbər verir.

Səfər çərçivəsində nazir K.Heydərov Rusiyanın mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri Yevgeniy Ziniçevlə görüşüb. Görüş zamanı iki nazirlik arasında əməkdaşlığın vəziyyəti və perspektivləri geniş müzakirə olunub. Vurğulanıb ki, qurumlar arasında mövcud sıx əməkdaşlıq münasibətləri çərçivəsində həyata keçirilən tədbirlər, səfər və görüşlər əlaqələrin qarşılıqlı faydalı olmaqla daha da genişləndirilməsinə imkan yaradır.