\
2 Oktyabr 2024 - Çərşənbə

ABŞ-da polis zabiti atışmada öldürülüb, daha bir asayiş keşikçisi yaralanıb

ABŞ-da polis zabiti atışmada öldürülüb, daha bir asayiş keşikçisi yaralanıb
1542baxış

ABŞ-ın Nyu-Meksika ştatının polis zabiti Las-Kruses şəhəri yaxınlığındakı şosedə baş verən atışmanın gedişatında öldürülüb.

“Report” xəbər verir ki, bu barədə “KOB4” telekanalı bildirib.

Məlumata görə, hadisə zamanı daha bir asayiş keşikçisi yaralanıb. Yaralı xəstəxanaya yerləşdirilib, onun xəsarətinin yüngül olduğu bildirilir.

Qeyd edilir ki, cinayətkar polisə atəş açıb və zabitlərlə atışmanın gedişatında öldürülüb. Onun şəxsiyyəti müəyyənləşdirilir.

İlkin məlumatlara görə, hadisədən əvvəl bir neçə polis maşını şübhəli şəxsin avtomobilini Las-Kruses rayonuna qədər təqib edib.