\
2 Oktyabr 2024 - Çərşənbə

Bakının bəzi avtomagistrallarında sürət həddi endirilib

Bakının bəzi avtomagistrallarında sürət həddi endirilib
1501baxış

Gecə saatlarından başlayaraq paytaxtda müşahidə olunan dumanlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı yollarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saata endirilib.

Mediapress.az xəbər verir ki, bu barədəBakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.

"Məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərə ehtiyatlı olmalarını, meteroloji amilləri nəzərə alaraq sürət həddinə əməl etmələrini tövsiyə edirik", - deyə BNA sürücülərə müraciətində bildirib.