\
1 Oktyabr 2024 - Çərşənbə axşamı

Yaponiyada koronavirusa yoluxanların ümumi sayı 400 mini ötüb

Yaponiyada koronavirusa yoluxanların ümumi sayı 400 mini ötüb
1535baxış

Yaponiyada koronavirus infeksiyasına yoluxanların ümumi sayı 400 mini ötüb.

AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Yaponiya Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyi məlumat yayıb. Bildirilir ki, fevralın 4-də yerli vaxtla axşam saat 19:40 dəqiqəyə olan məlumata görə son sutka ərzində bu ölkədə 2576 nəfər virusa yoluxub. Həmin müddətdə 104 nəfər həyatını itirib.

Qeyd edilir ki, Yaponiyada koronavirus analizi müsbət nəticə verən insanların ümumi sayı 400 min 1 nəfər olub.

İndiyədək burada koronavirus pandemiyasından ölənlərin ümumi sayı isə 6189 nəfərə çatıb.

Nazirliyin yaydığı məlumata görə, hazırda 892 xəstə çox ağır vəziyyətdədir.