\
1 Oktyabr 2024 - Çərşənbə axşamı

Azərbaycanlı professor Aygün Attar Ərdoğanın xarici siyasət və təhlükəsizlik məsləhətçisi oldu

Azərbaycanlı professor Aygün Attar Ərdoğanın xarici siyasət və təhlükəsizlik məsləhətçisi oldu
1099baxış

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı professor və keçmiş rektor Aygün Attarı prezident yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü təyin edib. Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, sərəncam Rəsmi Gəzetdə dərc olunub.

Professor Aygün Attar Giresun universitetinin rektoru olub, 2019-cu ildə Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Dərnəyinin başqanı seçilib.

Türkiyə prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurası ölkənin xarici siyasətinə dair təkliflər işləyib hazırlayır, regional problemlərin həllinə dair təkliflər irəli sürür, təhlükəsizlik məsələlərinə dair konsepsiyalar işləyib hazırlayır.