\
1 Oktyabr 2024 - Çərşənbə axşamı

Yol qəzasında bir ailənin 3 üzvü ölüb, - Ağdaşda

Yol qəzasında bir ailənin 3 üzvü ölüb, - Ağdaşda
1613baxış

Ağdaş rayonunda bir neçə nəfərin ölümü və xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

Rayonun Nehrəxəlil kəndində "Mercedes" və "VAZ" markalı minik avtomobillərinin toqquşması zamanı "VAZ-2107"in sürücüsü Seymur Əhmədov, qızı Rahilə Əhmədova və anası Rahilə Əhmədova ölüblər.

Hadisə zamanı habelə Dursun İsmayılova, Xəqan Əlizadə, Təbriz Əhmədov, İqbal Sabirli xəsarət alıblar.

09:01

Ağdaşda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağdaş rayonunun Nehrəxəlil kəndində "Mercedes" və "VAZ" markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 1 nəfəri "Mercedes" markalı minik avtomobilindən, 2 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) isə deformasiyaya uğrayan digər nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.