\
1 Oktyabr 2024 - Çərşənbə axşamı

Qarsda Türkiyə-Azərbaycan birgə hərbi təlimləri davam edir

Qarsda Türkiyə-Azərbaycan birgə hərbi təlimləri davam edir
1570baxış

Türkiyə və Azərbaycan hərbçilərinin “Qış-2021” hərbi təlimləri davam edir.

Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.

Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib ki, təlimlər çərçivəsində hərbçilər hava və məsafədən atlanmalar yerinə yetirilib.

"Qış-2021" təlimləri Türkiyənin Qars əyalətində fevralın 1-dən 12-dək keçirilir. Təlimlərin məqsədi birgə əməliyyatların keçirilməsi vaxtı hərəkətlərin koordinasiyasını təmin etmək, həmçinin yeni silahlandırılmanı və nəqliyyat vasitələrini sınaqdan keçirməkdir.

Təlimlərdən videokadrlar Türkiyə Milli Müdafiə Nazirliyinin tvitterdəki səhifəsində yerləşdirilib.