\
1 Oktyabr 2024 - Çərşənbə axşamı

Sudan hökuməti istefaya göndərilib

Sudan hökuməti istefaya göndərilib
1609baxış

Şərqi Afrika ölkəsi Sudanın baş naziri Abdalla Hamduk keçid hökumətini buraxıb.

“Report” xəbər verir ki, bu barədə Sudan İnformasiya Agentliyi məlumat yayıb.

Fevralın 8-də ölkədə yeni hökumətin tərkibi elan olunmalıdır.

Sudan baş naziri Konstitusiya Bəyannaməsinə əsaslanaraq yeni Nazirlər Kabinetinin formalaşması üçün keçid hökuməti üzvlərinin səlahiyyətlərinə xitam verildiyini bildirib:

“Siyasi razılaşma (ordu və müxalif qüvvələr arasında) və Konstitusiya Bəyannaməsinin qüvvəyə minməsindən sonra təyin edilən nazirlər islahatların təməlini atıb və demokratiyaya keçidə start verərək üzərlərinə düşən missiyanı yerinə yetiriblər”.