\
1 Oktyabr 2024 - Çərşənbə axşamı

Rusiya sülhməramlıları Kəlbəcərə 150 ton humanitar yardım gətirdilər - VİDEO

Rusiya sülhməramlıları Kəlbəcərə 150 ton humanitar yardım gətirdilər - VİDEO
1611baxış

Rusiya sülhməramlıları Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə humanitar yüklərin daşınmasını təmin edir.

Virtualaz.org bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi xəbər məlumat yayıb. 

Qeyd olunur ki, sosial obyekt və yaşayış evlərinin enerji və su təminatı sistemlərini bərpa etmək üçün humanitar yardım mərkəzinin “KamAZ” markalı 20 hərbi avtomobili və onları müşayiət edən beş avtomobildən ibarət kolon Kəlbəcər rayonuna 150 tondan çox tikinti materialı göndərib.

Kolonun marşrutu Suqovuşan və Vəng yaşayış məntəqələrindən keçib.

Məlumatda həmçinin bildirilir ki, yardımların çatdırılması Azərbaycan, Rusiya və Ermənistan arasında noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən həyata keçirilir.