Azərbaycanda iki zəlzələ oldu
1591
Bu gün səhər saatlarında Azərbaycanda iki zəlzələ baş verib.
Mediapress.az Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən bildirir ki, ilk zəlzələ yerli vaxtla saat 08:10-da Əli-Bayramlı stansiyasından 32 km şimal-qərbdə Hacıqabul rayonu ərazisində qeydə alınıb.
Maqnitudası 4, dərinliyi 3 km olan yeraltı təkan hiss olunmayıb.
İkinci zəlzələ isə saat 08:12-də Qobustan stansiyasından 31 km cənub-qərbdə Şamaxı rayonu ərazisində qeydə alınıb.
Bu zəlzələ də hiss olunmayıb.