İranda dövriyyəyə yeni əsginaslar buraxılır
1644
İran Mərkəzi Bankı dövriyyəyə yeni 10 000, 20 000 və 50 000 riallıq (1, 2 və 5 tümənlik) əsginaslar buraxır.
Mediapress.az bildirir ki, bu barədə İran Mərkəzi Bankının məsul şəxsi Əmir Şokri məlumat verib.
Onun sözlərinə görə, yaxın günlərdə yeni əsginaslar dövriyyəyə buraxılacaq.
Qeyd edək ki, 2020-ci il mayın 4-də İran parlamenti milli valyutanın rialdan tümənə dəyişdirilməsinə qərar verib. Qərarda bildirilir ki, İranın milli valyutasının adı tüməndir və hər 1 tümən 10 min riala və 100 qrana (qəpik adı belədir) bərabərdir.
İran Mərkəzi Bankının sədri Əbdünnazir Himmeti 2-5 il ərzində tamimlə tümənə keçiləcəyinin bildirib.
Qeyd edək ki, 2 tümənin üzərində Təbrizdəki Şairlər Mavzoleyinin şəkili həkk olunub.