\
1 Oktyabr 2024 - Çərşənbə axşamı

Sabahın havası açıqlandı

Sabahın havası açıqlandı
1640baxış

Fevralın 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 
Mediapress.az-a Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah bəzi yerlərdə duman olacaq, mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 9-12, Bakıda gecə 4-6, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək.
 
Fevralın 10-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 2-7, gündüz 13-18, dağlarda gecə 1-6 dərəcə isti, yüksək dağlıq ərazilərdə 0-5 dərəcə şaxta, gündüz 15-17 dərəcə isti olacaq.
 
Tibbi-meteoroloji proqnoza gəlincə, fevralın 10-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.