\
1 Oktyabr 2024 - Çərşənbə axşamı

ÜST koronavirus mutasiyalarının təhlükəsi ilə bağlı xəbərdarlıq etdi

ÜST koronavirus mutasiyalarının təhlükəsi ilə bağlı xəbərdarlıq etdi
1583baxış

Dünyada COVID-19-a yeni yoluxma hallarının sayı azalmaqda davam edir, eyni zamanda koronavirusun yeni mutasiyalarının aşkar olunduğu ölkələrin sayı artır.

Virtualaz.org bildirir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı açıqlamada belə deyilir.

"Yoluxma sayları ötən həftə 3,1 milyon idi. Daha əvvəlki həftə ilə müqayisədə 17% az. Bu, 26 oktyabrda (15 həftə əvvəl) başlayan dövrdən ən aşağı həftəlik göstəricidir. Koronavirusdan ölümlərin sayı da həmçinin ikinci həftədir ardıcıl azalır - ötən həftə 88 000 ölüm qeydə alınmışdı. Bu, əvvəlki həftə ilə müqayisədə 10% azdır", - açıqlamada bildirilir.

Təşkilatın məlumatına görə, koronavirusun narahatlığa səbəb olan növlərinin yayılması davam edir. "Britaniya" ştammı artıq 86 ölkədə aşkarlanıb. Eyni zamanda "Cənubi Afrika" ştammı 44 ölkədə qeydə alınıb. Bununla yanaşı, 15 ölkə də öz ərazisində "Braziliya/Yaponiya" ştammının aşkarlandığını açıqlayıb.