\
1 Oktyabr 2024 - Çərşənbə axşamı

Moskvada yaşayış binasında yanğın

Moskvada yaşayış binasında yanğın
1545baxış

Rusiyanın paytaxtı Moskvanın şimalında çoxmərtəbəli yaşayış binasında yanğın olub. Bu məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva şəhər Baş İdarəsi yayıb.

Mənzillərdən birində baş verən yanğın nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Həmin mərtəbədən iki nəfər xilas edilib. Hadisənin səbəbi məlum deyil. Araşdırma aparılır.