\
15 Yanvar 2025 - Çərşənbə

Ermənistanda Azərbaycanla sərhəd bölgələrdən yazmaq qadağan edildi

Ermənistanda Azərbaycanla sərhəd bölgələrdən yazmaq qadağan edildi
1571baxış

Ermənistanda Azərbaycanla sərhəddə yerləşən Sünik vilayətinin bölgələri barədə məlumat yaymaq üçün ölkənin Milli Təhlükəsizlik Xidmətindən (MTX) xüsusi icazə almaq tələb olunur. Bu barədə MTX məlumat yayıb.

Belə ki, mətbuat nümayəndələri sərhədyanı bölgələr barədə xəbər yazmadan əvvəl Milli Təhlükəsizlik Xidmətinə yazılı müraciət etməlidirlər.

“Medianın vəkili” təşkilatı bu qərarı söz azadlığına qarşı ən primitiv addım hesab edir. Təşkilatdan bildirilib ki, bu qərar vətəndaşların informasiya almaq hüququnu məhdudlaşdırır.