Ərdoğana COVID-19 peyvəndinin ikinci dozası vuruldu
1581
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana COVID-19-a qarşı peyvəndin ikinci dozası vurulub.
Bu barədə Türkiyə Prezidentinin “Telegram” hesabında paylaşım edilib.
“Mən də COVID-19 peyvəndinin ikinci dozasını vurdurdum. İnşallah, ən qısa zamanda bütün vətəndaşlarımızın peyvənd olunmasını hədəfləyirik”, - Ərdoğan bildirib.