\
15 Yanvar 2025 - Çərşənbə

Yerevanda itkin hərbçilərin ailələri yolu bağladı

Yerevanda itkin hərbçilərin ailələri yolu bağladı
1578baxış

Ermənistanda itkin düşən hərbçilərin yaxınları İrəvanın Respublika meydanı yanındakı əsas prospekti bağlayıblar. Baş nazir aparatının rəhbəri Arsen Torosyanın açıqlaması etirazçıları daha da qəzəbləndirib.

Torosyan valideynlərə deyib ki, onlar 5 əsirin geri qaytarılmasına görə hökumətə minnətdar olmalıdırlar. Bundan sonra aksiya iştirakçıları əsas prospekti bağlayıb, nəticədə gərginlik yaranıb.
Paytaxtın mərkəzi hissəsində nəqliyyat tamamilə iflic vəziyyətə düşüb.