Türkiyədə 4,7 bal gücündə zəlzələ olub
1559
Türkiyədə zəlzələ baş verib.
Məlumatı ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.
Məlumata görə, yeraltı təkanlar Kastamonuda 4,7 bal gücündə qeydə alınıb. Zəlzələ ocağı 7 kilometr dərinlikdə yerləşib.
Təbii hadisə zamanı dağıntı və ya tələfat qeydə alınmayıb.