\
1 Oktyabr 2024 - Çərşənbə axşamı

Vladiqafqazda supermarketdə partlayış: bina yerlə yeksan oldu

Vladiqafqazda supermarketdə partlayış: bina yerlə yeksan oldu
1575baxış

Rusiyanın Vladiqafqaz şəhərində, Qaqkayev küçəsindəki “Maqnit” supermarketində güclü partlayış baş verib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, hadisənin səbəbi hələlik məlum deyil. Yerli hakimiyyət orqanlarının məlumatına görə, bir nəfər xəsarət alıb.

Hadisə ilə bağlı yayılan kadrlarda supermarketin yerləşdiyi binanın yerlə-yeksan olduğu görünür.