\
1 Oktyabr 2024 - Çərşənbə axşamı

Ermənistan etiraf etdi: Qafan yolunun bir hissəsi Azərbaycanın ərazisindən keçir

Ermənistan etiraf etdi: Qafan yolunun bir hissəsi Azərbaycanın ərazisindən keçir
1584baxış

Gorusdan Qafana gedən yolun bir hissəsi Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədləri xaricindən keçir. Mediapress.az "Sputnik Ermənistan"a istinadən bildirir ki, bunu Ermənistanın "Mənim addımım" blokundan olan millət vəkili Ayk Gevorkyan parlamentdəki brifinqdə baş nazirin müavini Tiqran Avinyanın açıqlamasını şərh edərkən deyib.

Avinyan 10 noyabr və 11 yanvar bəyanatlarından başqa Gorus-David-Bek (Zeyvə) yolu ilə bağlı razılığın olduğunu, yolun orada mübahisəli hissələrdən keçdiyini bildirib.

"Yola gəldikdə, bilirsiniz ki, Gorus-Qafan hissəsində 21 km uzunluğundakı yol Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədləri xaricindən, yəni Azərbaycan ərazisindən (beynəlxalq səviyyədə tanınmış) keçir. Lakin bu yol bir saniyə belə bağlanmayıb”, - erməni deputaat deyib.

Deputatın sözlərinə görə, bu, razılaşmaların nəticəsidir.