\
15 Yanvar 2025 - Çərşənbə

Ekvadorda zəlzələ olub

Ekvadorda zəlzələ olub
1678baxış

Ekvadorun cənub hissəsində - Peru ilə sərhəd ərazisində 5,3 bal gücündə zəlzələ baş verib.

Mediapress.az xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti bildirib.

Məlumata görə, zəlzələnin ocağı 71 km dərinlikdə olub.

Təbii fəlakət nəticəsində ölən, yaralanan və dağıntılar barədə məlumat yayılmayıb.