\
1 Oktyabr 2024 - Çərşənbə axşamı

Azərbaycanlı jurnalistlər Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyinin təşkilatçılığı ilə Türkiyəyə səfər ediblər - Fotolar

Azərbaycanlı jurnalistlər Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyinin təşkilatçılığı ilə Türkiyəyə səfər ediblər - Fotolar
1838baxış

Bir qrup azərbaycanlı jurnalist Türkiyədə səfərdədir.

Mediapress.az-ın xəbərinə görə, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərkibində fəaliyyət göstərən Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyinin təşkilatçılığı ilə bir qrup azərbaycanlı jurnalist Türkiyəyə səfər edib.

Jurnalistlər səfər proqramına uyğun olaraq birinci İstanbul şəhərinə gəliblər. Səfərin ilk günündə həyata keçirilən proqramın məqsədi haqqında jurnalistlərə ətraflı məlumat verilib.

Turizm Tanıtım və İnkişaf Agentliyinin əməkdaşı tərəfindən Türkiyənin COVİD-19 pandemiyası ərzində turistlərin üz tutduğu ölkələr sırasında ilk yerlərdən birini tutduğu qeyd edilib.

Koronavirus pandemiyası dönəmində Türkiyəyə səfər edən turistlərin güvənliyinin təmin edilməsi, bu sektorda gigyenik qaydalara əməl edilməsi, otellərin və turistik məkanların tənzimlənmiş yeni qaydalar əsasında xidmət göstərməsi üçün hər cür şəraitin yaradıldığı da diqqətə çatdırılıb.

Həyata keçirilən “Safe tourism” haqqında jurnalistlərə geniş məlumat verildikdən sonra İstanbulun turistik yerlərinə ziyarət təşkil edilib, jurnalistlər turistlərin təhlükəsizliyi və sağlamlığı üçün yaradılan şəraitlə yerindəcə tanış olublar.

Qeyd edək ki, jurnalistlər proqram çərçivəsində Ankara və İzmir şəhərlərini də ziyarət edəcəklər.

#GoTürkiye

#OnlyInTürkiye

#ReTurkey

#SafeTourism

#ReadyAndSafeTürkiye

#SafeTourismTürkiye

 

image-img-20210213-wa0027 image-img-20210213-wa0029 image-img-20210213-wa0028