\
1 Oktyabr 2024 - Çərşənbə axşamı

Sergey Lavrov Con Kerri ilə danışdı

Sergey Lavrov Con Kerri ilə danışdı
1848baxış

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə ABŞ Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Con Kerri arasında telefon danışığı olub.

Virtualaz.org bildirir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Telefon söhbəti zamanı Paris İqlim Sazişinin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə edilib.

Rusiyanın xarici işlər naziri ABŞ-ın yeni adminstrasiyasının Paris çoxtərəfli razılaşmasında iştiraka qayıtmaqla bağlı niyyətindən məmnunluğunu ifadə edib. Bundan əlavə, söhbət zamanı iqlim məsələləri ilə bağlı bir sıra məsələlər müzakirə edilib.