İrəvanda növbəti zəlzələ
1885
Yanvarın 14-nə keçən gecə, yerli vaxtla saat 01:47-də Yerevandan 13 kilometr cənubi-qərbdə növbəti zəlzələ baş verib.
Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib, maqnitudası 2,4 təşkil edib. Episentrdə yeraltı təkanların gücü 3 bal olub. Zəlzələ Yerevanda və Ararat vilayətinin bir sıra yaşayış məntəqlərində 2-3 bal gücündə hiss olunub.
Daha əvvəl Ermənistanda 4,7 maqnitudalı zəlzələ baş vermişdi. Güclü təkanlar Yerevanda da hiss olunmuşdu.