Türkiyədə daha 94 nəfər virusun qurbanı oldu
1791
Türkiyədə son sutka ərzində 94 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib. Bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazirin sözlərinə görə, 6287 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 27 471, virusa yoluxanlar isə 2 586 183 nəfərə çatıb.
Türkiyədə indiyədək 2 475 329 pasiyent (son sutkada 6910 nəfər) sağalaraq evə buraxılıb.