\
1 Oktyabr 2024 - Çərşənbə axşamı

Rusiyada koronavirusa yoluxanların sayı 4 milyonu ötdü

Rusiyada koronavirusa yoluxanların sayı 4 milyonu ötdü
1732baxış

Rusiyada koronavirusa yoluxanların sayı 4,07 milyonu keçib. Ölkədə son sutka ərzində 14 185 nəfər virusa yoluxub, 430 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 4 071 883 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 80 126 nəfərə çatıb. Ölkə ərazisində ümumilikdə 3 593 101 şəxs virusdan sağalıb, 398 656 nəfərin müalicəsi isə davam edir.