\
1 Oktyabr 2024 - Çərşənbə axşamı

Biləsuvarda maşın aşdı: sürücü yaralandı

Biləsuvarda maşın aşdı: sürücü yaralandı
1789baxış

Biləsuvar rayonunun Səmədabad kəndində "Mercedes" markalı minik avtomobili dərəyə aşıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə avtomobilin yanar hissələri yanıb. Hadisə zamanı müxtəlif xəsarətlər alan sürücü yanğınsöndürənlər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.