Argentinanın keçmiş prezidenti öldü
1819
Argentinannın keçmiş prezidenti Karlos Menem vəfat edib. “Todo Noticias” telekanalının yaydığı xəbərə əsasən, o, 91 yaşında dünyasını dəyişib. Eks-prezident hələ ötən ilin dekabr ayında kəskin infeksiya səbəbindən xəstəxanaya yerləşdirilib və o zamandan etibarən həkim nəzarəti altında olub.
Qeyd edək ki, K.Menem 1989-1999-cu illər ərzində Argentina prezidenti olub. 2005-ci ildən etibarən isə keçmiş prezident ölkə parlamentində təmsil olunub.
Keçmiş dövlət başçısının ölümü ilə əlaqədar Argentinada üç günlük matəm elan edilib.