\
15 Yanvar 2025 - Çərşənbə

TƏBİB: Vaksinin insanda yaratdığı immunitet müddəti minimum 1 ildir

TƏBİB: Vaksinin insanda yaratdığı immunitet müddəti minimum 1 ildir
1777baxış

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirusa qarşı vaksinin effektivliyi və insanda yaratdığı immunitetin müddəti ilə bağlı açıqlama verib.

Mediapress.az-ın xəbərinə görə, TƏBİB-dən bildirilib ki, Türkiyədə aparılan tədqiqatların nəticəsinə görə, vaksinin effektivliyi 92 faizdir.

"İnsanda yaratdığı immunitetin müddəti minimum 1 il, maksimum müddət isə hələ rəsmi təsdiqlənməyib", məlumatda qeyd olunub.